ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Yeniyetmələr arasında Avropa çempionatında iştirak edəcək heyətimiz bəlli oldu

29 iyun – 2 iyul tarixlərində İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı keçiriləcək. Qitə birinciliyində Azərbaycanı ümumilikdə 12 çəki dərəcəsində 17 idmançı (10 oğlan, 7 qız) fərdi yarışlarda təmsil edəcək. Ölkəmiz turnirin son günündə qarışıq komanda yarışında da mübarizə aparacaq.

Kollektivə yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə ilə Kotaro Sasaki, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.

Oğlanlar

-50 kq
Nihad Ağayev 
Fərid Rzazadə 

-55 kq
Rza Xəlilli
İbrahim Talıbov

-60 kq
Mehman Əsgərov

-66 kq
İlkin Qarayev 

-73 kq
Sadiq Məmmədov 

-81 kq
Yaqub Məmmədov 
Ayxan Həsənli 

-90 kq
Ömər Axundov 

Yalnız qarışıq komanda yarışında
+81 kq
Tamerlan Əliyev

Qızlar
 
-40 kq
Zəhra Quliyeva 
Sunay Salamova 

-44 kq
Pərvin Sevxanlı
Fatimə Abdullayeva
 
-48 kq
Könül Eyvazlı 

-70 kq
Məsumə Məmmədli
 
+70 kq
Zemfira Əliyeva 

Yalnız qarışıq komanda yarışında
-63 kq
Səmayə Yusifli