ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Yeniyetmələr arasında dünya çempionatında iştirak edəcək cüdoçularımız müəyyənləşdi

Yeniyetmələr arasında dünya çempionatında iştirak edəcək cüdoçularımız müəyyənləşdi

27–31 avqust tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə yeniyetmələr arasında dünya çempionatında Azərbaycan ümumilikdə 10 çəki dərəcəsində 15 idmançı (8 oğlan, 7 qız) ilə fərdi mübarizədə təmsil olunacaq. Yığmamız turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.

Cüdoçularımıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov, məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək. 

Qeyd edək ki, dünya çempionatında 75 ölkədən 593 idmançı (313 oğlan, 280 qız) mübarizə aparacaq. 


Heyəti təqdim edirik:


Qızlar 


-44 kq

Gülşən Hüseynova

Xədicə Abdullayeva


-48 kq

Nərmin Ağamirzəzadə

Leyla Ələkbərova


-52 kq

Aysun Məmmədova


-57 kq

Səmayə Yusifli


-70 kq

Məsumə Məmmədli


Oğlanlar


-50 kq 

Anar Quliyev 

Rza Xəlilli 


-55 kq

Rəsul Əlizadə 

Məhəmmədəli Hüsiyev 


-60 kq

Zeyd Ələsgərov 

Röyal Qayıbov 


-73 kq

Məhəmməd Ağakişiyev 


+90 kq

Sübhan Axundov 


Qarışıq komanda yarışı 


-81 kq

Amin Mehdiyev