Yeniyetmələrdən ibarət cüdo idman növü üzrə Azərbaycan Milli yığma komandasının üzvlərinə maarifləndirmə seminarı təşkil olunub
Azərbaycan Milli Anti Doping Agentliyi (AMADA) tərəfindən yeniyetmələrdən ibarət cüdo idman növü üzrə Azərbaycan Milli yığma komandasının üzvlərinə maarifləndirmə seminarı təşkil olunub.
Seminarda beynəlxalq və yerli yarışların təşkili prosesində dopinqlə mübarizə qaydaları, dopinqin zərərləri, dopinq nəzarət prosesi haqqında məlumat verilib. AMADA-nın əməkdaşı Lalə Hacıyeva dopinqlə mübarizə çərçivəsində idmançıların istənilən vaxt dopinq testinə cəlb edilməsi ilə bağlı mövcud qaydalar haqqında ətraflı məlumat verib. İnteraktiv şəkildə təşkil olunan seminarda iştirakçıların suallarına ətraflı cavab verilib.
Qeyd edək ki, AMADA və Azərbaycan Cüdo Federasiyası mütəmadi olaraq dopinqlə mübarizə tədbirlərinin təşkilini planlaşdırır.