Yeniyetmələrimiz Avropa çempionatına hazırlaşır
İyun ayının 6-dan etibarən yeniyetmələrdən ibarət millimiz 32 nəfərlik heyətlə Cüdo Klub – 2012-də baş məşqçi Rüstəm Alimlinin rəhbərliyi altında təlim-məşq toplanışına başlayıb. Təlimin məqsədi 23-26 iyun tarixlərində Xorvatiyanın Poreç şəhərində keçiriləcək cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında yüksək nəticələr əldə etməkdir.
Qeyd edək ki, təlim-məşq toplanışı 17 iyuna qədər davam edəcək.