ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Yığmamız Avropa Kubokunda komanda hesabında birinci oldu

Yığmamız Avropa Kubokunda komanda hesabında birinci oldu

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb. 

Son yarış günündə daha 2 cüdoçumuz Dövlət Himnimizi səsləndirib. Süleyman Şükürov (-81 kq) və Ramazan Əhmədov (+100 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq qızıl medal qazanıblar. 

Qeyd edək ki, daha əvvəl Nihad Məmişov (-60 kq), Əbil Yusubov (-73 kq) qızıl, Fərid Qarayev (-60 kq) gümüş, Məhəmməd Musayev (-66 kq) isə bürünc medal əldə edib. 

Azərbaycan millisi yekunda 4 qızıl, 1 gümüş və 1 bürünc medalla 26 ölkə arasında ümumi komanda hesabında birinci olub.