Zelim Kotsoyev Avropa çempionatını gümüş medal qazandı
Azərbaycan cüdoçusu Zelim Kotsoyev (-100 kq) Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatını gümüş medalla başa vurub.
Paris Olimpiadasının qalibi həlledici görüşdə gürcüstanlı İlia Sulamanidzeyə məğlub olub.
Daha əvvəl Əhməd Yusifov (-60 kq), Rəşid Məmmədəliyev (-73 kq), Zelim Tçkayev (-81 kq) və Murad Fətiyev (-90 kq) bürünc medal qazanıblar.
Beləliklə, Azərbaycan cüdoçuları nüfuzlu qitə turnirinin fərdi yarışlarında 1 gümüş, 4 bürünc medal əldə ediblər.