ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Zelim Kotsoyev Dünya çempionatının bürünc medalını qazandı

Zelim Kotsoyev Dünya çempionatının bürünc medalını qazandı

12 mayda Qatarın paytaxtı Doha şəhərində keçirilən cüdo üzrə böyüklər arasında Dünya çempionatında kişilər arasında -100 kq. çəki dərəcəsində Zelim Kotsoyev tatamiyə çıxıb.

Zelim, 1/16 finalda serbiyalı cüdoçu Aleksandar Kukolyanı, 1/8 finalda Avstriya təmsilçisi Aaron Farı, 1/4 finalda isə  İsrail təmsilçisi Peter Palçiki məğlub edib. Kotsoyev üçüncü yer uğrunda mübarizədə gürcüstanlı idmançı İlya Sulamanidze üzərində əzmkar qələbə qazanaraq bürünc medalı ölkəmizin aktivinə yazdırıb.

Bu, Azərbaycan cüdoçularının hazırkı mundialda ilk medalı olub.