ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Zelim Kotsoyev Olimpiya çempionu oldu

Zelim Kotsoyev Olimpiya çempionu oldu

Biz bunu da bacardıq! Azərbaycanın cüdo üzrə milli yığma komandası Olimpiya Oyunlarında tarixi ilkə imza ataraq ikinci dəfə qızıl medal qazandı!

Hidayət Heydərovdan (-73 kq.) sonra Zelim Kotsoyev (-100 kq.) Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi oldu.

Ötən ilin noyabr ayında Fransanın Monpelye şəhərində Avropa, bu ilin may ayında isə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə dünya çempionu olan Zelim Kotsoyev Olimpiya Oyunlarında da qələbəyə əsas namizədlərdən idi. Dünya reytinqinə başçılıq edən Zelimin yarış ərzində nümayiş etdirdiyi yüksək əzmkarlıq, əsl lider idmançıya xas qətiyyət sonda öz sözünü dedi.

Onu da vurğulayaq ki, fəxri kürsüdə yer alan digər üç cüdoçunun hamısına yarış ərzində məhz bizim idmançımız qalib gəldi.

Zelim Hidayət Heydərovdan sonra həm Avropa, həm dünya, həm də Olimpiya çempionu titulunu qazanan ikinci Azərbaycan cüdoçusu oldu.

Xüsusi qeyd edək ki, Azərbaycan Resbublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva növbəti dəfə yüksək diqqət göstərərək idmançımızı çempionluq münasibətilə təbrik etdi. 

Biz də Azərbaycan Cüdo Federasiyası olaraq Zelim Kotsoyevi və bütün xalqımızı parlaq qələbə münasibəti ilə təbrik edirik!