ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Zelim Kotsoyevdən növbəti dünya çempionatı mükafatı

Zelim Kotsoyevdən növbəti dünya çempionatı mükafatı

Azərbaycan cüdoçusu Zelim Kotsoyev (-100 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bürünc medal qazanıb.

1/4 finalda məğlub olan Olimpiya çempionu təsəlliverici qarşılaşmada İspaniya təmsilçisi Nikoloz Şerazadişviliyə qalib gəlib. Üçüncü yer uğrunda görüşdə koreyalı Seheon Kimi ipponla üstələyən Kotsoyev mundialın bürünc mükafatına sahib çıxıb. 27 yaşlı idmançı ardıcıl dördüncü dəfə dünya çempionatlarında fəxri kürsüyə yüksəlməyi bacarıb. Daha əvvəl o, 2022 və 2023-cü il mundiallarında bürünc, 2024-cü ildə isə qızıl medal qazanıb.

Qeyd edək ki, bu, Azərbaycanın Budapeştdəki dünya çempionatında üçüncü medalı olub. Daha əvvəl Zelim Tçkayev (-81 kq) və Elcan Hacıyev (-90 kq) də bürünc medal əldə edib. Rəşid Məmmədəliyev (73 kq) isə 7-ci yerlə kifayətlənib.