ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Zelim Tçkayev Avropa üçüncüsü oldu

Zelim Tçkayev Avropa üçüncüsü oldu
Zelim Tçkayev Avropa üçüncüsü oldu

Azərbaycan cüdoçusu Zelim Tçkayev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında bürünc medal qazanıb.

-81 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə belçikalı Mattias Kasseyə qalib gəlib.

Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (-73 kq) gümüş, Əhməd Yusifov (-60 kq) və Turan Bayramov (-66 kq) bürünc medala sahib çıxıblar.