Zelim Tçkayev dünya çempionatında bürünc medal qazandı
Azərbaycan cüdoçusu Zelim Tçkayev Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bürünc medal qazanıb.
-81 kq çəki dərəcəsində mübarizə aparan 26 yaşlı idmançı 3-cü yer uğrunda görüşdə BƏƏ təmsilçisi Nuqzari Tatalaşvilini qızıl xal bölümündə cərimə xalları hesabına üstələyib.
Bununla da, Tçkayev karyerasında ilk dəfə dünya çempionatının medalını qazanıb. O, aprelin 25-də Avropa çempionatında olduğu kimi, yenə bürünc medala sahib çıxıb. Azərbaycan təmsilçisi 52 gün ərzində həm qitə, həm də dünya çempionatlarının medalını əldə etməyi bacarıb.
Qeyd edək ki, bu, Azərbaycan millisinin dünya çempionatında ilk medalıdır.