Zelim Tçkayev və Murad Fətiyev İspaniya Super Kubokunda qızıl medal qazanıb
Valensiyada beynəlxalq təlim-məşq toplanışında iştirak edən Azərbaycan milli komandası İspaniya Super Kubokunda qüvvəsini sınayıb.
Yığmamızın üzvləri Zelim Tçkayev (-90 kq) və Murad Fətiyev (-100 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
Qeyd edək ki, beynəlxalq təlim-məşq toplanışı 22 avqustda başa çatacaq.