ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Zirvəyə doğru addımlayırıq!

Zirvəyə doğru addımlayırıq!
Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytında dərc edilən “Elit müsabiqələrə gedən yol” adlı son məqalədə beynəlxalq turnirləri çətin, lakin gedilə bilən pillələr kimi təsvir ediblər.
İlkin pillədə yeniyetmə cüdoçular var. Bu pillədə biz ümid, tez-tez dəyişən emosiyalar və mükəmməlik görə bilərik. Bəzilərinin artıq böyük planları var, bəziləri isə bacarıqlarını təkmilləşdirib parlaq texnikalardan istifadə etmək üçün doğru zamanı gözləyirlər.
Yeniyetmə cüdoçular yuxarı pillələrə hədəf alırlar. Böyüklər də həmçinin, çünki onlarında qsarşılarında qət ediləcək yolları var... Dünya çempionatları və nəhayət Olimpiya Oyunları.
Hər bir pillə nəhəng bir addımdır. Bu addımlar bilik və təcrübə ilə zənginləşir və cüdoda elit karyeraya sahib olmaq imkanı yaradır. Bu pillələr dünyanın zirvəsinə gedən yoldur və Strasburqdakı yeniyetmə cüdoçular bu pillələrin ilk yüksəlişini hiss edirlər.
Strasburqda keçirilən yeniyetmələr arasında Avropa Kubokunda iştirak edən məşqçilər bir neçə vaxt əvvəl ən yüksək pillədə olan idmançılar siyahısında idilər. Məsələn, onların arasında Azərbaycanlı dünya çempionu Nicat Şıxalizadə də komanda ilə birgə turnirdə iştirak edir. Onun yeniyetmə idmançılara öyrədəcəyi və bölüşəcəyi çox şey var. Çünki, o özü illərdir bu mühitdən yararlanıb və böyük zəngin təcrübəyə malikdir.
Müəllif Jo Kroulinin sözlərinə görə bu həftəsonu Fransa, Polşa və Xorvatiyada irələyiş əldə edilir. Avropa Kubokları mötəbər tədbirlərdir və cüdoda böyük liqaların formalaşmasına dair addımlardır. Bu tip turnirlərdə medal qazanmaq Dünya Turuna hazırlıq səviyyəsinin artırılması və uğur qazanmaq potensialının göstəricisidir.
Azərbaycan Cüdo Federasiyasının strategiyasının təməlində, idmançılarımızın beynəlxalq turnirlərdə iştirakının təmin edilməsi və zirvəyə doğru addımlarına hərtərəfli dəstək göstərilməsi dayanır.
Xatırladaq ki, bu gün milli yığma komandamızın üzvləri Strasburqda, Dubrovnikdə və Poznanda Avropa Kuboku turnirinin ikinci günündə iştirak edəcəklər.