“Zuğulba” tədris-idman bazasında beynəlxalq təlim-məşq toplanışı keçirildi
11-13 iyunda Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının (ACF) birgə təşkilatçılığı ilə "Təhsil" Respublika İdman Mərkəzinin “Zuğulba” tədris-idman bazasında beynəlxalq təlim-məşq toplanışı keçirilib.
Hazırlıq prosesində Çexiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Macarıstan, Niderland, Polşa, İsveç, Slovakiya və Latviya cüdoçuları ilə yanaşı yerli idmançıların iştirakı ilə ümumilikdə 11-dən çox ölkədən 200-dən artıq idmançı iştirak edib.
Təlim-məşq prosesinin əsas məqsədi idmançıların yerli və beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, onların taktiki biliklərinin artırılması və yarış təcrübələrinin daha da gücləndirilməsidir.