ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azərbaycan millisi dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

Azərbaycan millisi dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

Bakıda təşkil olunan cüdo üzrə böyüklər arasında dünya çempionatına oktyabrın 11-də qarışıq komanda yarışı ilə yekun vurulacaq.

Milli Gimnastika Arenasında keçiriləcək səkkizinci yarış günündə 18 ölkənin 192 cüdoçusu komanda mübarizəsinə qoşulacaq. Görüşlər 6 çəki dərəcəsində – kişilər arasında -73 kq, -90 kq və +90 kq, qadınlarda isə -57 kq, -70 kq və +70 kq çəki dərəcələrində təşkil olunacaq.

Azərbaycan millisi mübarizəyə 1/16 final mərhələsindən başlayacaq. Komandamızın ilk rəqibi Avstriya yığması olacaq. Millimiz bu rəqibi keçəcəyi təqdirdə növbəti mərhələdə Yaponiya seçməsi ilə qarşılaşacaq.

Azərbaycanın heyətində qadınlardan Gültac Məmmədəliyeva, Xədicə Qədəşova (hər ikisi -57 kq), Südabə Ağayeva, Hanna Zaytseva (hər ikisi -70 kq) və Madina Kaisinova (+70 kq) yer alıblar.

Kişilərdən isə Rəşid Məmmədəliyev, Ruslan Paşayev (hər ikisi -73 kq), Zelim Tçkayev, Süleyman Şükürov (hər ikisi -90 kq), Zelim Kotsoyev və Uşanqi Kokauri (hər ikisi +90 kq) komandamızın heyətinə daxil ediliblər.

Təsnifat mərhələsi saat 09:30-da, final bloku isə saat 18:00-da başlayacaq.

Görüşlər “CBC Sport” və “Judo TV” vasitəsilə canlı yayımlanacaq. Dünya çempionatının biletlərini iTicket.az platformasından əldə etmək mümkündür.

Xatırladaq ki, Azərbaycan millisi fərdi yarışları rekord nəticə – 7 medalla başa vurub. Əhməd Yusifov (-60 kq) qızıl, Zelim Tçkayev (-81 kq) və Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (-73 kq), Ömər Rəcəbli (-81 kq), Murad Fətiyev (-90 kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc medal qazanıblar.