Bakı-2026 fan zonasında Nicat Şıxəlizadənin imza mərasimi keçirilib
“28 Mall” Ticarət Mərkəzində Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunan fan zona çərçivəsində dünya və Avropa çempionatlarının mükafatçısı Nicat Şıxəlizadənin imza mərasimi keçirilib.
Tanınmış cüdoçu azarkeşlərlə görüşüb, onlara avtoqraf verib və xatirə fotoları çəkdirib.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı 4–11 oktyabr tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.