ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Milli komandamız Düşənbə Qran-Prisinə 3 medalla başladı

Milli komandamız Düşənbə Qran-Prisinə 3 medalla başladı
Milli komandamız Düşənbə Qran-Prisinə 3 medalla başladı
Milli komandamız Düşənbə Qran-Prisinə 3 medalla başladı

Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə gənclər arasında Qran-Pri turnirinə start verilib.

Dünya Cüdo Turuna daxil olan yarışın ilk günündə Azərbaycan təmsilçiləri 3 medal qazanıblar.

-57 kq çəki dərəcəsində mübarizə aparan Vüsalə Hacıyeva gümüş mükafata sahib çıxıb. Eyni çəkidə yarışan Xədicə Qədəşova və -63 kq-da çıxış edən Hanna Zaytseva isə fəxri kürsünün üçüncü pilləsində qərarlaşıblar.

Qeyd edək ki, turnirin ikinci günündə Azərbaycanın daha 5 cüdoçusu tatamiyə çıxacaq.