ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Rəşid Məmmədəliyev dünya çempionatının bürünc medalına sahib çıxdı

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının üçüncü yarış günündə Azərbaycan millisinin aktivinə daha bir medal əlavə olunub.

Milli Gimnastika Arenasında qadınların -57 kq və kişilərin -73 kq çəki dərəcələrində 3 cüdoçumuz mübarizə aparıb. Günün sonunda Rəşid Məmmədəliyev bürünc medala sahib olub.

-73 kq çəki dərəcəsində yarışan Rəşid Məmmədəliyev ilk görüşündə kanadalı Castin Lemiri, ardınca Böyük Britaniya təmsilçisi İtan Nerni məğlub edərək 1/4 finala yüksəlib. Bu mərhələdə fransalı Dayan Buləmtafesə məğlub olan cüdoçumuz təsəlliverici görüşdə italiyalı Leonardo Valerianidən üstün olub. Rəşid Məmmədəliyev bürünc medal uğrunda qarşılaşmada Braziliya təmsilçisi Daniel Karqninə qalib gələrək dünya çempionatının üçüncü pilləsində yer alıb.

Eyni çəkidə çıxış edən Hidayət Heydərov ilk iki görüşündə Kosovo təmsilçisi Akil Qyakova və finlandiyalı Valtteri Olini məğlub edib. Cüdoçumuz 1/8 final mərhələsində İtaliya təmsilçisi Covanni Espositoya uduzaraq yarışla vidalaşıb.

Qadınların -57 kq çəki dərəcəsində Xədicə Qədəşova ilk görüşündə Qırğızıstan təmsilçisi Janar Joldoşevaya məğlub olub.

Beləliklə, dünya çempionatının üçüncü günündən sonra Azərbaycan millisinin medal sayı 2-yə çatıb. Daha əvvəl Əhməd Yusifov (-60 kq) qızıl medal qazanmışdı.