ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Zaqreb Qran-Prisinin püşkatma mərasimi keçirilib

Noyabrın 12-də Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-Pri turnirinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə əsasən, Azərbaycan təmsilçilərinin ilk rəqibləri müəyyənləşib.

Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda Azərbaycan 9 çəki dərəcəsində 12 cüdoçu (9 kişi, 3 qadın) ilə təmsil olunacaq. Turnirdə 70 ölkədən 515 idmançı (314 kişi, 201 qadın) mübarizə aparacaq.

13–15 noyabr tarixlərində keçiriləcək Zaqreb Qran-Prisinin görüşləri “Judo TV” platformasından canlı yayımlanacaq.

Qadınlar

-52 kq, 1/16 final  
Gültac Məmmədəliyeva – Tihea Topolovets (Xorvatiya)

-70 kq, 1/16 final  
Südabə Ağayeva – Olha Tsimko (Ukrayna)

+78 kq, 1/16 final  
Madina Kaisinova – Kinga Volşçak (Polşa)

Kişilər

-60 kq, 1/16 final  
Murad Muradlı – Luka Mxeidze (Fransa)

-66 kq, 1/16 final  
Nizami İmranov – Daiki Buba (Fransa)  
Turan Bayramov – Florian Böker (Almaniya)

-73 kq, 1/32 final  
Nəriman Mirzəyev – Valtteri Olin (Finlandiya)  
Rüfət Şövlətov – Luka Katiç (Xorvatiya)

-90 kq, 1/32 final  
Vüqar Talıbov – Peter Şafrani (Macarıstan)

-100 kq, 1/16 final  
Əjdər Bağırov – Mixael Korrel (Niderland)

+100 kq, 1/8 final  
Uşanqi Kokauri – İqor Vraçar (Serbiya) / Mustafa Fofana (Qvineya) cütünün qalibi ilə  
Kənan Nəsibov – Murtaza Suha (Almaniya) / Jantilek Nurtilepuli (Qazaxıstan) cütünün qalibi ilə