ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Adaptiv cüdoçularımız beynəlxalq turnirdə iştirak edəcək

Adaptiv cüdoçularımız beynəlxalq turnirdə iştirak edəcək

25–26 sentyabr tarixlərində Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Xüsusi Olimpiya Açıq Cüdo Turniri keçiriləcək.

Beynəlxalq yarışda Azərbaycan Cüdo Federasiyasının adaptiv cüdo qrupunun üzvləri Adilə Niftaliyeva, Sadiq Nəzirov və Yusif Nəsirli mübarizə aparacaqlar. Bu turnir hər üç idmançının ilk beynəlxalq yarış təcrübəsi olacaq.

Qeyd edək ki, adaptiv cüdo xüsusi qayğıya ehtiyacı olan şəxslərin fərdi imkanları nəzərə alınmaqla cüdo ilə məşğul olmasına və idman vasitəsilə sosial inteqrasiyasına imkan yaradır.