ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azərbaycan millisi gənclər arasında dünya çempionatını 3 medalla başa vurub

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə gənclər arasında dünya çempionatının fərdi yarışları başa çatıb. Azərbaycan millisi mundialda 1 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 3 medal qazanıb.

Noyabrın 21-də, fərdi mübarizələrin sonuncu günündə iki təmsilçimiz fəxri kürsüyə yüksəlib. Ramazan Əhmədov (+100 kq) dünya çempionatının gümüş, Davud Namazlı (-100 kq) isə bürünc medalına sahib olub.

Ramazan Əhmədov yarışa 1/16 final mərhələsindən başlayıb. Cüdoçumuz ardıcıl olaraq monqolustanlı Temuulen Munxçuluun, niderlandlı Steyn Oldenhof və estoniyalı Marek-Adrian Masak üzərində qələbə qazanıb. Yarımfinalda Türkiyə təmsilçisi Mahmutcan Madeni məğlub edən Əhmədov finalda bu ölkənin digər idmançısı İbrahim Tataroğlu ilə qarşılaşıb. Həlledici görüşdə rəqibinə uduzan təmsilçimiz mundialın gümüş mükafatçısı olub.

-100 kq çəki dərəcəsində çıxış edən Davud Namazlı 1/32 finalda qırğızıstanlı Fadil Məhəmməd İsmaqombetovu, növbəti mərhələdə isə özbəkistanlı Muxammadbobir Maxmarayimovu mübarizədən kənarlaşdırıb. 1/4 finalda qazaxıstanlı Sanjar Yerulanuliyə məğlub olan cüdoçumuz təsəlliverici görüşdə fransalı Qaya Sonntiaqı üstələyib. Bürünc medal qarşılaşmasında gürcüstanlı Nikoloz Zaalışvili üzərində qələbə qazanan Namazlı dünya üçüncüsü olub.

Xatırladaq ki, çempionatın ilk yarış günündə Məhəmməd Musayev (-66 kq) də bürünc medal əldə edib.

Beləliklə, Azərbaycan millisi Daşkənd mundialının fərdi yarışlarını 3 medalla tamamlayıb.