ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Region idmançıları üçün idman psixologiyasına dair seminar keçirilib

Region idmançıları üçün Bakıda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində Azərbaycan Cüdo Federasiyasının (ACF) Təhsil şöbəsinin müdiri, psixoloq Orxan Oruczadə tərəfindən idman psixologiyasına dair seminar keçirilib.

Seminarın əsas məqsədi cüdoçulara psixoloji hazırlığın idman performansına təsiri barədə məlumat vermək, həmçinin psixoloqla idmançı arasında effektiv əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırmaq olub.

Tədbir zamanı yarışöncəsi mental hazırlıq, stresin idarə olunması, emosiyaların tənzimlənməsi və özünəinamın gücləndirilməsi mövzuları əhatə edilib.

Cüdoçuların psixoloji dayanıqlığının artırılması, yarış şəraitində emosional sabitliyin qorunması və potensiallarını daha səmərəli şəkildə nümayiş etdirmələri üçün zəruri bacarıqların formalaşdırılmasına xüsusi diqqət yetirilib.