ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Babək Hacıyev və Mövlud Mirəliyev veteranlar arasında dünya çempionu olub

Babək Hacıyev və Mövlud Mirəliyev veteranlar arasında dünya çempionu olub
Babək Hacıyev və Mövlud Mirəliyev veteranlar arasında dünya çempionu olub

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan komandasının aktivinə daha 2 qızıl medal əlavə olunub.

M5 yaş kateqoriyasında Babək Hacıyev (-60 kq) və Mövlud Mirəliyev (-100 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq dünya çempionu adını qazanıblar. Hər iki cüdoçumuz karyerasında dördüncü dəfə veteranlar arasında mundialın qızıl medalına sahib çıxıb.

Daha əvvəl Məmmədəli Mehdiyev (-100 kq) qızıl, Əbülfət İsmayılov (-60 kq), Mahir Abbasov (-81 kq), Coşqun Abdullayev (-90 kq), Şıxrəcəb Şıxmuradov, Əhməd Məmmədov (hər ikisi -73 kq) və Anar Ağayev (-90 kq) isə bürünc medala yiyələniblər.

Beləliklə, Azərbaycan komandasının dünya çempionatında qazandığı medalların sayı 9-a çatıb – 3 qızıl və 6 bürünc. Yığmamız hazırda 65 ölkə arasında 6-cı pillədə qərarlaşıb.