ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Əbu-Dabi Böyük Dəbilqəsində 11 cüdoçumuz mübarizə aparacaq

Əbu-Dabi Böyük Dəbilqəsində 11 cüdoçumuz mübarizə aparacaq

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 29–31 oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə cüdo üzrə Böyük Dəbilqə turniri keçiriləcək. 

Azərbaycan yarışda 9 çəki dərəcəsində 11 idmançı (7 kişi, 4 qadın) ilə təmsil olunacaq. Kollektivə kişilərdən ibarət milli komandanın böyük məşqçiləri Elçin İsmayılov, Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və məşqçi Tərlan Kərimov rəhbərlik edəcəklər.

Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda 60 ölkədən 400-ə cüdoçu iştirak edəcək.

Dünya Cüdo Turuna daxil olan turnirdə Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü, “A” kateqoriyalı beynəlxalq hakim Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.

Heyəti təqdim edirik: 

Qadınlar

-48 kq
Könül Əliyeva

-52 kq
Gültac Məmmədəliyeva

-70 kq
Südabə Ağayeva

+78 kq
Madina Kaisinova

Kişilər

-60 kq
Balabəy Ağayev

-66 kq
Ruslan Paşayev

-73 kq
Kamran Süleymanov
Hidayət Heydərov

-90 kq
Elcan Hacıyev

+100 kq
Uşanqi Kokauri
Camal Qamzatxanov