ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Gənc cüdoçularımız Düşənbə Qran-Prisini 5 medalla başa vurub

Gənclərdən ibarət Azərbaycan millisi Tacikistanın paytaxtı Düşənbədə keçirilən cüdo üzrə Qran-Pri turnirini 5 medalla başa vurub.

Dünya Cüdo Turunun təqviminə daxil olan yarışın son günündə daha 2 təmsilçimiz fəxri kürsüdə yer alıb. Əli Qazıməmmədov (-90 kq) və Davud Namazlı (-100 kq) üçüncü yeri tutaraq bürünc mükafata sahib çıxıblar.

Xatırladaq ki, turnirin ilk günündə Vüsalə Hacıyeva (-57 kq) gümüş, Xədicə Qədəşova (-57 kq) və Hanna Zaytseva (-63 kq) isə bürünc medal qazanıblar.