Millimiz Macarıstan Böyük Dəbilqəsini 3 medalla başa vurub
Azərbaycan cüdo millisi Macarıstanda keçirilən Böyük Dəbilqə turnirini 3 medalla başa vurub.
Yarışın son günündə +100 kq çəki dərəcəsində mübarizə aparan Camal Qamzatxanov üçüncü yer uğrunda görüşdə ukraynalı Yakiv Xammonu ipponla məğlub edərək bürünc medal qazanıb.
Daha əvvəl Rəşid Məmmədəliyev (-73 kq) qızıl, Vüsal Qələndərzadə (-81 kq) isə bürünc medala sahib olub.
Beləliklə, Azərbaycan millisi turniri 1 qızıl və 2 bürünclə tamamlayıb.