ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Usta cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu

Azərbaycanın usta cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən veteranlar arasında dünya çempionatında çıxışlarını başa vurublar.

Dördüncü yarış günündə komandamızın üzvləri daha 2 bürünc medal qazanıblar. M7 yaş kateqoriyasında Azər Əsgərov (-100 kq), M8 yaş kateqoriyasında isə Fərhad Rəcəbli (-90 kq) fəxri kürsünün üçüncü pilləsində yer alıblar.

Daha əvvəl Məmmədəli Mehdiyev (-100 kq), Babək Hacıyev (-60 kq) və Mövlud Mirəliyev (-100 kq) qızıl, Əbülfət İsmayılov (-60 kq), Mahir Abbasov (-81 kq), Coşqun Abdullayev (-90 kq), Şıxrəcəb Şıxmuradov, Əhməd Məmmədov (hər ikisi -73 kq) və Anar Ağayev (-90 kq) isə bürünc medal qazanıblar.

Beləliklə, Azərbaycan komandası dünya çempionatını 3 qızıl və 8 bürünc olmaqla ümumilikdə 11 medalla başa vurub. Millimiz 65 ölkənin iştirak etdiyi mundialda kişilərin medal sıralamasında 7-ci yeri tutub.