ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Malaqa Avropa Kuboku start götürür

Malaqa Avropa Kuboku start götürür

18 mayda İspaniyanın Malaqa şəhərində gənclər arasında Avropa Kubokunun ilk günü keçirilir.

Yarışın ilk günündə oğlanlar arasında 3 çəki dərəsində 7 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq. -60 kq. çəkidə Əli Hacıyev və Murad Muradlı və Babarəhim Mirzəyev, -66 kq. çəkidə Mehdi Cəfərov, İslam Rəhimov və Məhəmməd Musayev, -73 kq. çəkidə Aydın Rzayev və Əbil Yusubov tatamiyə çıxacaq.

İlkin görüşlər saat 11:30-da başlayacaq. Yarışı canlı olaraq judotv.com saytında izləyə bilərsiniz.

Cüdoçularımıza uğurlar arzulayırıq!