ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Asiya Kubokunda millimizin bütün üzvləri medal qazandı

İordaniyanın paytaxtı Ammanda keçirilən cüdo üzrə gənclər arasında Asiya Kubokunda Azərbaycan millisinin bütün təmsilçiləri mükafatçılar sırasında yer alıblar.

Komandamız 2 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 5 medal əldə edib. Gülşən Hüseynova (-48 kq) və Ayan Əliyeva (-63 kq) turnirin qalibi olublar. Gülgəz Musayeva (-48 kq) və Aytən Verdiyeva (-57 kq) ikinci, Çinarə Sadıqova (-52 kq) isə üçüncü yeri tutub.

Azərbaycan yığması ilk yarış gününü qızların mübarizəsində 1-ci, ümumi komanda hesabında isə 2-ci sırada başa vurub.

Beynəlxalq yarışda 19 ölkədən 121 cüdoçu iştirak edir.