İdmançılarımız Xüsusi Olimpiya Açıq Cüdo Turnirinin kata yarışında fərqləndi
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Xüsusi Olimpiya Açıq Cüdo Turnirinin kata yarışında Azərbaycan təmsilçiləri mükafatçılar sırasında yer alıblar.
Azərbaycan Cüdo Federasiyasının adaptiv cüdo qrupunun üzvü Adilə Niftaliyeva ACF-in təhsil eksperti İbrahim Aslanovla birlikdə “nage-no-kata” üzrə gümüş medal qazanıb. Kata cütlüyündə Adilə Niftaliyeva tori, İbrahim Aslanov isə uke qismində çıxış edib.