- Ana səhifə
- Federasiya haqqında
Rəşad Nəbiyev

Rəşad Nəbiyev
1977 - anadan olub.
1994-2000 - AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb. 2000-2002 ABŞ-ın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib.
1997-2000 - Prezidentin İcra Aparatında İnformasiya resursları və texnologiyaları mərkəzində və Xarici əlaqələr şöbəsində çalışıb.
2002-2004 - Mərkəzi Bankın Bazar əməliyyatları departamentində işləyib.
2004-2011 - Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində çalışıb.
2011 - Azərbaycan Prezidentinin 24 yanvar tarixli Sərəncamı ilə “Azərkosmos” ASC-nin sədri vəzifəsinə təyin edilib.
2021 - Azərbaycan Prezidentinin 26 yanvar tarixli Sərəncamı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.
1 noyabr 2021 - Azərbaycan Cüdo Federasiyasının prezidenti seçilib.
14 aprel 2022 - Beynəlxalq Cüdo Federasiyasının Yeni texnologiyalar və yüksək məhsuldarlıq komissiyasının sədridir.