XƏBƏRLƏR

Bütün xəbərlər
Yerli turnirlər
Beynəlxalq turnirlər
Müsahibələr
Digər
Xəbər lenti
Azərbaycan çempionatının rəsmi açılış mərasimi keçirilib

Cüdo üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatının rəsmi açılış mərasimi keçirilib.

Bakı İdman Sarayında təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Paris-2024 Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyəti xatırladaraq Azərbaycanda cüdonun inkişaf etdiyini bildirib. O, ölkə çempionatında çıxış edən bütün idmançılara uğurlar arzulayıb.

Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu çempionatda ölkənin bütün regionlarından idmançıların çıxış etməsinin sevindirici hal olduğunu söyləyib. O, bu yarışın idmançıların karyerasında potensial dönüş nöqtəsi ola biləcəyini qeyd edib. Federasiya rəsmisi cüdo idman növünə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür edib. R.Rəsullu qeyd edib ki, bu qayğı nəticəsində cüdoçularımız bu il beynəlxalq turnirlərdə 76 qızıl, 61 gümüş və 116 bürünc olmaqla ümumilikdə 253 medal qazanıblar. O, yarışın təşkilində və ümumilikdə cüdonun inkişafında göstərdiyi dəstəyə görə Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə, Federasiyanın baş sponsuru "Azercell Telecom"a, həmçinin yarışın sponsoru "Azman Holding"ə təşəkkürünü bildirib.

Ardınca Azərbaycan cüdoçularının cari ildə böyüklər, gənclər və yeniyetmələr yaş kateqoriyalarında uğurlu çıxışları ilə bağlı videoçarx nümayiş olunub. Tədbir daha sonra bədii hissə ilə davam edib.

Qeyd edək ki, builki Azərbaycan çempionatı da yüksək yarış standartlarında təşkil olunub. Ölkə çempionatında ümumilikdə 206 idmançı mübarizəyə qoşulub.

06 dekabr, 2025
Ölkə çempionatında fərdi mübarizələr başa çatıb

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizələr başa çatıb.

Bakı İdman Sarayında keçirilən yarışın ikinci günündə daha 7 çəkidə 93 cüdoçu qüvvəsini sınayıb.

Qadınlar arasında -48 kq, -52 kq, -57 kq; kişilərdə isə -81 kq, -90 kq, -100 kq və +100 çəki dərəcələrində mükafatçıların adına aydınlıq gəlib.

Qeyd edək ki, “Azman Holding” sponsorluğu ilə baş tutan ölkə çempionatında sabah komanda yarışları keçiriləcək.


İkinci günün mükafatçılarını təqdim edirik:


Qadınlar


-48 kq

1. Könül Əliyeva (Neftçi İK)

2. Şəfəq Həmidova (Azəri-Cüdo İKİB)

3. Aişə Qurbanlı (FHN İSK)

3. Diana Tçkayeva (Azəri-Cüdo İKİB)


-52 kq

1. Aydan Vəliyeva (Neftçi İK)

2. Leyla Əliyeva (Neftçi İK)

3. Könül Eyvazlı (Bakı şəhəri 1 nömrəli RİOEUGİM PHŞ)

3. Gültac Məmmədəliyeva (Neftçi İK)


-57 kq

1. Vüsalə Hacıyeva (Neftçi İK)

2. Gülnarə Bayramova (Neftçi İK)

3. Ülviyyə Bayramova (Şuşa UGİM)


Kişilər


-81 kq

1. Vüsal Qələndərzadə (Atilla İK)

2. Süleyman Şükürov (Neftçi İK)

3. Mehdi Abbasov (Qəbələ Bakı)

3. Cəsur İbadlı (Neftçi İK)


-90 kq

1. Məmmədrza Hacızadə (Sərhədçi İM)

2. Aslan Kotsoyev (Judo Club 2012)

3. Əli Qazıməmmədov (Sərhədçi İM)

3. Xəyyam Əliyev (Azəri-Cüdo İKİB)


-100 kq

1. Elmar Qasımov (Atilla İK)

2. Əjdər Bağırov (DİN İC)

3. Canpolad Əliyev (Azəri-Cüdo İKİB)

3. Davud Namazlı (Atilla İK)


+100 kq

1. Kənan Nəsibov (Kanokan-TT İK)

2. Camal Qamzatxanov (Azəri-Cüdo İKİB)

3. Camal Feyziyev (Sərhədçi İM)

3. Sübhan Axundov (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ)

06 dekabr, 2025
Məşqçilərlə görüş keçirilib

Cüdo üzrə ölkə çempionatı ərəfəsində məşqçilərlə görüş keçirilib.

Tədbirdə Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov, baş katibin müavini və idman direktoru Kamran Talıbov, eləcə də performans direktoru və kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman iştirak ediblər.

İclas zamanı çempionata hazırlıq prosesi, yarışın seçim meyarları, təşkilati məsələlər müzakirə olunub, ümumi və idman etika qaydaları üzrə tövsiyələr verilib.

04 dekabr, 2025
...
Yerli turnirlər
Ölkə çempionatında fərdi mübarizələr başa çatıb

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizələr başa çatıb.

Bakı İdman Sarayında keçirilən yarışın ikinci günündə daha 7 çəkidə 93 cüdoçu qüvvəsini sınayıb.

Qadınlar arasında -48 kq, -52 kq, -57 kq; kişilərdə isə -81 kq, -90 kq, -100 kq və +100 çəki dərəcələrində mükafatçıların adına aydınlıq gəlib.

Qeyd edək ki, “Azman Holding” sponsorluğu ilə baş tutan ölkə çempionatında sabah komanda yarışları keçiriləcək.


İkinci günün mükafatçılarını təqdim edirik:


Qadınlar


-48 kq

1. Könül Əliyeva (Neftçi İK)

2. Şəfəq Həmidova (Azəri-Cüdo İKİB)

3. Aişə Qurbanlı (FHN İSK)

3. Diana Tçkayeva (Azəri-Cüdo İKİB)


-52 kq

1. Aydan Vəliyeva (Neftçi İK)

2. Leyla Əliyeva (Neftçi İK)

3. Könül Eyvazlı (Bakı şəhəri 1 nömrəli RİOEUGİM PHŞ)

3. Gültac Məmmədəliyeva (Neftçi İK)


-57 kq

1. Vüsalə Hacıyeva (Neftçi İK)

2. Gülnarə Bayramova (Neftçi İK)

3. Ülviyyə Bayramova (Şuşa UGİM)


Kişilər


-81 kq

1. Vüsal Qələndərzadə (Atilla İK)

2. Süleyman Şükürov (Neftçi İK)

3. Mehdi Abbasov (Qəbələ Bakı)

3. Cəsur İbadlı (Neftçi İK)


-90 kq

1. Məmmədrza Hacızadə (Sərhədçi İM)

2. Aslan Kotsoyev (Judo Club 2012)

3. Əli Qazıməmmədov (Sərhədçi İM)

3. Xəyyam Əliyev (Azəri-Cüdo İKİB)


-100 kq

1. Elmar Qasımov (Atilla İK)

2. Əjdər Bağırov (DİN İC)

3. Canpolad Əliyev (Azəri-Cüdo İKİB)

3. Davud Namazlı (Atilla İK)


+100 kq

1. Kənan Nəsibov (Kanokan-TT İK)

2. Camal Qamzatxanov (Azəri-Cüdo İKİB)

3. Camal Feyziyev (Sərhədçi İM)

3. Sübhan Axundov (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ)

Ətraflı
...
Yerli turnirlər
Azərbaycan çempionatının rəsmi açılış mərasimi keçirilib

Cüdo üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatının rəsmi açılış mərasimi keçirilib.

Bakı İdman Sarayında təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Paris-2024 Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyəti xatırladaraq Azərbaycanda cüdonun inkişaf etdiyini bildirib. O, ölkə çempionatında çıxış edən bütün idmançılara uğurlar arzulayıb.

Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu çempionatda ölkənin bütün regionlarından idmançıların çıxış etməsinin sevindirici hal olduğunu söyləyib. O, bu yarışın idmançıların karyerasında potensial dönüş nöqtəsi ola biləcəyini qeyd edib. Federasiya rəsmisi cüdo idman növünə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür edib. R.Rəsullu qeyd edib ki, bu qayğı nəticəsində cüdoçularımız bu il beynəlxalq turnirlərdə 76 qızıl, 61 gümüş və 116 bürünc olmaqla ümumilikdə 253 medal qazanıblar. O, yarışın təşkilində və ümumilikdə cüdonun inkişafında göstərdiyi dəstəyə görə Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə, Federasiyanın baş sponsuru "Azercell Telecom"a, həmçinin yarışın sponsoru "Azman Holding"ə təşəkkürünü bildirib.

Ardınca Azərbaycan cüdoçularının cari ildə böyüklər, gənclər və yeniyetmələr yaş kateqoriyalarında uğurlu çıxışları ilə bağlı videoçarx nümayiş olunub. Tədbir daha sonra bədii hissə ilə davam edib.

Qeyd edək ki, builki Azərbaycan çempionatı da yüksək yarış standartlarında təşkil olunub. Ölkə çempionatında ümumilikdə 206 idmançı mübarizəyə qoşulub.

Ətraflı
...
Yerli turnirlər
Azərbaycan çempionatı start götürüb

Dekabrın 5-də cüdo üzrə Azərbaycan çempionatı start götürüb.

Bakı İdman Sarayında keçirilən yarışın ilk günündə 107 cüdoçu 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparıb.

Qadınlar arasında -63 kq, -70 kq, -78 kq, +78 kq; kişilərdə isə -60 kq, -66 kq və -73 kq çəki dərəcələrində mükafatçılar müəyyənləşib.

Qeyd edək ki, ölkə çempionatı "Azman Holding" sponsorluğu ilə baş tutur.

İlk günün mükafatçılarını təqdim edirik:


Qadınlar


-63 kq

1. Nilgün Rzayeva (Balaxanı İM)

2. Elmira Mustafayeva (DİN İC)

3. Nərgiz Hacıyeva (Neftçi İK)

3. Ayan Əliyeva (Neftçi İK)


-70 kq

1. Südabə Ağayeva (Atilla İK)

2. Aytac Qardaşxanlı (Balaxanı İM)

3. Aynur Həsənova (Mingəçevir UGİM)

3. Alina Kuqayeva (ACF)


-78 kq

1. Günel Həsənli (Abşeron Xırdalan)

2. Nərmin Əmirli (Umbayev Sport Klub)

3. Əsmər Əliyeva (Neftçi İK)

3. Jalə Məmmədova (Neftçi İK)


+78 kq

1. Madina Kaisinova (ACF)

2. Zeynəbxanım Əsədova (AHİTA)


Kişilər


-60 kq

1. Balabəy Ağayev (Neftçi İK)

2. Murad Muradlı (Judo Club 2012)

3. Babarəhim Mirzəyev (Qobustan)

3. Murad Əliyev (Ordu İdman Klubu)


-66 kq

1. Nazir Talıbov (Judo Club 2012)

2. Hüseyn Allahyarov (Judo Club 2012)

3. Rəşad Yelkiyev (Kanokan-TT İK)

3. Tofiq Məmmədov (Azəri-Cüdo İKİB)


-73 kq

1. Kamran Süleymanov (Sərhədçi İM)

2. Rüfət Şövlətov (Judo Club 2012)

3. Nəriman Mirzəyev (Neftçi İK)

3. Əbil Yusubov (Atilla İK)

Ətraflı