Sumqayıtda kəmər dərəcələri üzrə növbəti imtahan baş tutdu
Xəbər lenti
Azərbaycan Cüdo Federasiyası idman təşkilatlarının lisenziyalaşdırılması prosesini davam etdirir
"BRICS Sports Games Kazan 2024" cüdo yarışlarında idmançılarımız 5 bürünc medal qazandı
Qadınlar arasında
-48 kq. çəkidə Ramilə Əliyeva 5-ci,
-52 kq. çəkidə Nuray Quliyeva 7-ci və
-57 kq. çəkidə Nərgiz Hacıyeva 5-ci yerə çıxıb.
Kişilər arasında
-90 kq. çəkidə Musa Hüseynli və
+100 kq. çəkidə Camal Feyziyev bürünc medal qazanıb.
-81 kq. çəkidə Məhərrəm İmamverdiyev yarışı 5-ci yerdə tamamlayıb.
İyunun 22-də Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Sumqayıt şəhərində yerləşən Cüdo Təlim Mərkəzində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.
İmtahanda 100-dən çox cüdoçu müvafiq yaş uyğunluğuna əsasən müxtəlif kəmər dərəcələri üzrə imtahan verib. İmtahanı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib.
Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir.
Kəmər imtahanı peşəkarlıq səviyyənin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.
Paylaş :
Xəbər lenti
26 may, 2024
26 mayda Portuqaliyanın Koimbra şəhərində yeniyetmələr arasında Avropa Kuboku turnirinin ikinci günü keçirilir.
Turnirin ikinci günü qızlar arasında -57 kq. çəkidə Aytən Verdiyeva, oğlanların yarışında -90 kq. çəkidə Hüseyn Eyvazlı medallar uğrunda mübarizə aparacaq.
Yarışı canlı olaraq judotv.com saytında izləyə bilərsiniz.
İdmançılarımıza uğurlar arzulayırıq!
25 may, 2024
Koimbra Avropa Kuboku turniri start götürür
25 mayda Portuqaliyanın Koimbra şəhərində yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk gününə start verilir.
Turnirin ilk günü oğlanların yarışında -60 kq. və -66 kq. çəki dərəcələrində 7 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq.
Qızlar arasında isə -48 kq. və -52 kq. çəkidə 4 cüdoçumuz güclərini sınayacaq.
Yarışı canlı olaraq judotv.com saytında izləyə bilərsiniz.
İdmançılarımıza uğurlar arzulayırıq!
25 may, 2024
Kişilər arasında ACF turunun ikinci yarışı start götürüb
25 mayda Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə cüdo üzrə kişilər arasında ACF turunun ikinci yarışı keçirilir.
Turnir Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilir.
Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.
Turnirin canlı yayımları:
Tatami 1 https://www.youtube.com/live/vP3Ofomzlyw?si=lw26fuomvuXpVjXw
Tatami 2 https://www.youtube.com/live/nXbKukJAGBg?si=yvqAxvYtaVYU_zug
İdmançılara uğurlar arzulayırıq!
19 may, 2024
Malaqa Avropa Kubokunun ikinci günü keçirilir
19 mayda İspaniyanın Malaqa şəhərində gənclər arasında cüdo üzrə Avropa Kubokunun ikinci günündə Azərbaycan oğlanlar arasında 4 çəki dərəsində 7 cüdoçu ilə təmsil olunur.
-81 kq. çəkidə Süleyman Şükürov və Əli Hacızadə,
-90 kq. çəkidə Davud Namazlı və Tuncay Şamil,
-100 kq. çəkidə Əjdər Bağırov,
+100 kq. çəkidə Kənan Nəsibov və İlkin Baxşəliyev medallar uğrunda mübarizə aparacaq.
İlkin görüşlər saat 11:30-da başlayacaq. Yarışı canlı olaraq judotv.com saytında izləyə bilərsiniz.
İdmançılarımıza uğurlar arzulayırıq!
18 may, 2024
Malaqa Avropa Kuboku start götürür
18 mayda İspaniyanın Malaqa şəhərində gənclər arasında Avropa Kubokunun ilk günü keçirilir.
Yarışın ilk günündə oğlanlar arasında 3 çəki dərəsində 7 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq. -60 kq. çəkidə Əli Hacıyev və Murad Muradlı və Babarəhim Mirzəyev, -66 kq. çəkidə Mehdi Cəfərov, İslam Rəhimov və Məhəmməd Musayev, -73 kq. çəkidə Aydın Rzayev və Əbil Yusubov tatamiyə çıxacaq.
İlkin görüşlər saat 11:30-da başlayacaq. Yarışı canlı olaraq judotv.com saytında izləyə bilərsiniz.
Cüdoçularımıza uğurlar arzulayırıq!
09 may, 2024
Astana Böyük Dəbilqə turnirində Azərbaycan cüdoçularının rəqibləri bəlli oldu
9 mayda Qazaxıstanın paytaxtı Astana şəhərində Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib.
Püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının ilk rəqibləri məlum olub.
Xatırladaq ki, Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda 8 çəki dərəsində 12 kişi və 3 qadın cüdoçu ilə təmsil olunacaq. Turniri canlı olaraq judotv.com saytında izləyə bilərsiniz!
Kişilər -60 kq. Əhməd Yusifov - Dauren Skukenov (Qazaxıstan) Nazir Talıbov - Yonatan Çaron (Kuba) -66 kq. Kamran Süleymanov - Erbol Abasbekov (Qırxızıstan) Ruslan Paşayev - Matec Polyak (Slovakiya) -73 kq. Rəşid Məmmədəliyev - Manuel Parlati (İtaliya) / Sulayman Hamad (Səudiyyə Ərəbistanı) görüşünün qalibi ilə Vüsal Qələndərzadə - Arun Kumar (Hindistan) -81 kq. Ömər Rəcəbli - Nake Herkovic (Sloveniya) / Ratbek Jumanazarov (Qırxızıstan) görüşünün qalibi ilə Məhərrəm İmamverdiyev - Aurelyen Bonferroni (İsveçrə) -90 kq. Elcan Hacıyev - Yermaxan Anuarbekov (Qazaxıstan) Vüqar Talıbov - Muxammedali Mavlidov (Qazaxıstan) +100 kq. Uşanqi Kokauri - Madi Yedilbayev (Qazaxıstan) Camal Qamzatxanov - Davit Kevlişvili (İspaniya)
Qadınlar -48 kq. Leyla Əliyeva - Jibek Jaksibay (Qazaxıstan) -57 kq. Acelya Toprak - Pihla Salonen (Finlandiya) Fidan Əlizadə - Dina Muxanbet (Qazaxıstan)
İdmançılarımıza uğurlar arzulayırıq!
10 fevral, 2024
Bakı Böyük Dəbilqə turnirində Azərbaycan 36 cüdoçu ilə təmsil olunacaq
Beynəlxalq Cüdo Federasiyasının (BCF) qərarına əsasən,“Dünya Cüdo Turu” seriyasına daxil olan Bakı Böyük Dəbilqə turniri 16-18 fevralda keçiriləcək. Turnir Milli Gimnastika Arenasında baş tutacaq.
Üç gün davam edəcək turnirdə 64 ölkədən 416 cüdoçu medallar uğrunda mübarizə aparacaq. Azərbaycanın cüdo üzrə milli yığma komandası yarışda 13 çəki dərəcəsində 23 kişi və 13 qadın idmançı ilə təmsil olunacaq.
Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
Biletləri iTicket.az saytından əldə edə bilərsiz!
Qadınlar
-48 kq.
Leyla Əliyeva
Könül Əliyeva
Ramilə Əliyeva
Şəfəq Həmidova
-52 kq.
Gültac Məmmədəliyeva
Aydan Vəliyeva
Xədicə Qədəşova
-57 kq.
Fidan Əlizadə
Acelya Toprak
-63 kq.
Aytac Qardaşxanlı
-70 kq.
Südabə Ağayeva
Günel Həsənli
+78 kq.
Nigar Süleymanova
Kişilər
-60 kq.
Balabəy Ağayev
Turan Bayramov
Nazir Talıbov
Əhməd Yusifov
-66 kq.
Yaşar Nəcəfov
Kamran Süleymanov
Rəşad Yekliyev
İslam Rəhimov
-73 kq.
Hidayət Heydərov
Rəşid Məmmədəliyev
Nurlan Osmanov
İbrahim Əliyev
-81 kq.
Səid Mollayi
Zelim Tçkayev
Ömər Rəcəbli
-90 kq.
Murad Fətiyev
Elcan Hacıyev
Vüqar Talıbov
-100 kq.
Zelim Kotsoyev
Əjdər Bağırov
+100 kq.
Uşanqi Kokauri
Camal Qamzatxanov
Kənan Nəsibov
İdmançılarımıza uğurlar arzulayırıq!
08 oktyabr, 2022
Dünya çempionatının üçüncü günündə Avropa qitəsinə gedən yeganə medalı Hidayət Heydərov qazandı
-73 kq. çəki dərəcəsində mübarizə aparan idmançımız Avropa çempionu Hidayət Heydərov Daşkənddə keçirilən Dünya çempionatının bürünc medalına sahib oldu.
“Həqiqətən, bir ildə həm Avropa çempionu, həm də dünya mükafatçısı olmaq çox gözəl hissdir. Mən dünya çempionatına qızıl üçün gəlmişdim, lakin italiyalı Manuel Lombardoya məğlub olandan sonra özümü məyus hiss etdim. Buna baxmayaraq məşqçim ilə danışdım və başa düşdüm ki, davam edərək ölkəmə medal qazandırmalıyam. Avropa çempionatından sonra özümə çox əmin idim, indi bilirəm ki, qazanmaq üçün daha çox çalışmalıyam.”,- deyə Hidayət Heydərəv Avropa Cüdo Birliyinin (EJU) saytına verdiyi müsahibəsində bildirib.
İdmançımız ardıcıl olaraq belçikalı idmançı Abdul Malik Umayevi və özbəkistanlı idmançı Şaxram Axadovu geridə qoyaraq ¼ finala adladı. O, bu mərhələdə italiyalı Manuel Lombardo ilə qarşılaşdı və ona məğlub oldu.
Təsəlliverici qarşılaşmada kanadalı idmançı Artur Margelidonla üz-üzə gələn Heydərov rəqibini üstələyərək bürünc medal uğrunda israilli Tohar Butbulla qarşılaşıb. EJU-nun rəsmi saytında dərc olunan məqaləyə əsasən, Hidayət və israilli idmançı Butbul üçüncü olmaq uğrunda çox böyük əzm ilə mübarizə aparırdı, məhz buna görə də idmançılar arasında rəqabət yüksək idi. Rəqibinə “golden score” bölümündə saxlama fəndi ilə qalib gələn Heydərov dünya çempionatının bürünc medalını qazanıb.
“Mənim artıq dünya çempionatından üç medalım var. Bu da o deməkdir ki, mən milli komandanın heyətində dünya çempionatında medalların sayına görə liderliyi əldə edə bilmişəm, lakin hələlik onların hamısı bürüncdür. ”, - H. Heydərov müsahibəsində bildirib.
Link: HEYDAROV TAKES SOLE MEDAL FOR EUROPE ON DAY THREE OF WORLD CHAMPIONSHIPS