- Ana səhifə
- Federasiya haqqında
Asif Əsgərov

Asif Əsgərov
1966-cı ildə anadan olub.
1983 -1989 - Azərbaycan Dövlət Bədən Tərbiyəsi institutunda təhsil alıb.
1998-2001 - Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr təhsili almışdır.
1989-1991 - Respublika ÜOEUGİM-də təlimatçı-metodist-məşqçi vəzifəsində çalışıb.
1991-1994- Respublika ÜOEUGİM-in direktoru vəzifəsində işləyib.
1994-1996 – “ATİLLA” İdman klubunun sədri, cüdo üzrə Respublika yığma komandasının rəisi vəzifəsində işləyib.
1996-2000 - Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyində idarə rəisi, Baş idarə rəisi vəzifələrində işləyib.
2000-2006 - Gənclər, İdman və Turizm Nazirinin müavini vəzifəsində çalışıb.
2006-2009 – Azərbaycan Respublikası Prezidentinin 15 fevral tarixli Sərəncamı ilə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı
vəzifəsində çalışıb.
2009-2015 - Azərbaycan Respublikası Prezidentinin 25 iyun tarixli Sərəncamı ilə Səbail rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.
2015 - Azərbaycan Respublikası Prezidentinin 02 sentyabr tarixli Sərəncamı ilə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Hal-hazırda Azərbaycan Cüdo Federasiyasının icrayə komitəsinin üzvüdür.