err

Rüstəm Orucov

Yay Olimpiya Oyunlarının gümüş medalçısı - 2016

2016-cı ildə Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır. 2017 və 2019-cu illərdəki Dünya çempionatlarında ikinci pilləyə yüksəlib. 2016-cı ildə Avropa çempionatının qızıl medalını qazanan Rüstəm Orucov eyni miqyaslı yarışın 2019-cu ildə gümüş, 2017, 2020, 2022-ci illərdə bürünc mükafatçısı olub. 2017-ci ildəki Bakı IV İslam Həmrəyliyi Oyunlarının qalibidir. Uğurlarına görə "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.