01 fevral, 2023

Cüdo məşqçiləri beynəlxalq sertifikat imtahanına hazırlaşır

Xəbər lenti
Nazim Umbayev Tbilisi Böyük Dəbilqə turnirində ədalət təmsilçiləri arasında yer aldı

24-27 martda Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Böyük Dəbilqə turnirində Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alıb.

Nazim Umbayev yarışda qadınlar arasında -52 kq. çəkidə final görüşünü və -70 kq. çəkidə bürünc medal uğrunda görüşü idarə edib.

27 mart, 2023
Azərbaycan cüdoçuları Bremen Beynəlxalq Masters turnirində birinci yeri tutdu

26 martda Almaniyanın Bremen şəhərində keçirilən gənclər arasında Beynəlxalq Masters turnirində Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edib.

Turnirdə 21 ölkəni, o cümlədən Yaponiya, Braziliya, Almaniya, Fransa və Niderlandı təmsil edən 700-ə yaxın idmançı iştirak edib. Azərbaycan yarışda cüdo üzrə gənclərdən ibarət milli yığma komandanın 17 üzvü ilə təmsil olunub. Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edib.

Turnirdə Nicat Şirinov (-60 kq.) və Qadir Hüseynov (-73 kq.) qızıl medal, Aydın Rzayev (-66 kq.) gümüş medal, Əli Hacıyev isə (-60 kq.) bürünc medal qazanıb. 

Məmmədrza Hacızadə (-81 kq.) 5-ci yerdə, Əjdər Bağırov, Nihad Şıxəlizadə (-90 kq.), Atabala Niftəliyev, Tamerlan Cabbarov (-100 kq.) və Məhəmməd Məhəmmədzadə (+100 kq.) 7-ci yerdə qərarlaşıb.

Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda 1-ci yeri tutub.

Qeyd edək ki, idmançılarımız 27-29 mart tarixlərində Bremendə təşkil olunacaq təlim-məşq toplanışına qatılacaqlar.

26 mart, 2023
Azərbaycan cüdoçuları Tbilisi Böyük Dəbilqə turnirinin ilk günündə 2 medal əldə etdi

24 martda Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Böyük Dəbilqə turnirində Azərbaycan cüdoçuları 1 qızıl, 1 bürünc medal qazanıb.

Yarışın ilk günündə 5 çəki dərəcəsində 7 cüdoçumuz tatamiyə çıxıb. Kişilər arasında -60 kq. çəkidə mübarizə aparan cüdoçu Turan Bayramov qızıl medala sahib olub. Turan finalda Gürcüstan təmsilçisi Qiorqi Sardalaşviliyə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qadınlar arasında -52 kq. çəki dərəcəsində Gültac Məmmədəliyeva bürünc medal qazanıb. Gültac bürünc medal uğrunda görüşdə çinli idmançı Yeqinq Junu məğlub edib.


24 mart, 2023

30 yanvar – 1 fevral tarixlərində Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyasında təhsil alan cüdo məşqçiləri üçün “kata” təlimi təşkil olunub.

Təlim zamanı  “kata”-nın yerinə yetirilməsi üzrə dərslər keçirilir. Qeyd edək ki, “kata” cüdoda texniki hərəkətlər kompleksidir və onun yerinə yetirilməsinin ciddi qayda və ardıcıllığı vardır. Bu hərəkətlər kompleksinin keyfiyyətli nümayişi cüdoçunun ustalıq səviyyəsini müəyyən edir. “Kata”-nın öyrənilməsi cüdonun əsas fəlsəfi prinsiplərinin mənimsənilməsi və fəndlərin düzgün yerinə yetirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Türkiyə Cüdo Federasiyasının təhsil üzrə direktoru Mehmet Yılmaz tərəfindən keçirilən təlim  6-18 fevralda baş tutacaq BCF-in praktiki imtahanına hazırlıq məqsədi daşıyır.

Nəzərinizə çatdıraq ki, praktiki imtahana hazırlıq üçün ACF 2022-ci il ərzində üç dəfə, 2023-cü ildə isə bir dəfə olmaqla beynəlxalq ekspertlərini iştirakı ilə ümumilikdə dörd əyani seminar təşkil edib. Seminarlar zamanı məşqçilərə əyani formada imtahanda nümayiş etdirməli olduqları müxtəlif hərəkətlər və cüdo texnikaları detallı şəkildə izah edilib.

Paylaş :

Xəbər lenti