22 fevral, 2023

Beynəlxalq Cüdo Federasiyasının Akademiyası Azərbaycanda məşqçilər üçün proqram keçirtdi

Xəbər lenti
Tərlan Həsənova həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib

İyunun 1-də Azərbaycanın Əməkdar bədən tərbiyəsi və idman xadimi, “Şöhrət” ordenli Tərlan Həsənovun ömür yoluna və idman karyerasına həsr olunmuş “Bir cüdo əfsanəsi” kitabının təqdimat mərasimi keçirilib. 

Mərasimdə kitabın Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində və  Heydər Əliyev İlində nəşr edilməsinin əlamətdar olduğu vurğulanıb. 

Təqdimat mərasimində çıxış edən müəllif Elşən Əliyev bidirib ki, Tərlan Həsənovun ömür yolu və idman karyerası indiki və gələcək nəsillər üçün örnəkdir. 

Qeyd edək ki, kitab Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü Azər Əsgərovun təşəbbüsü ilə ərsəyə gəlib.

Tədqimat mərasimində Azərbaycan Respublikası Gənclər və İdman Nazirlyinin, Azərbaycan Cüdo Federasiyasının, idman ictimaiyyətinin nümayəndələri, Tərlan Həsənovun yetirmələri və ailə üzvləri iştirak ediblər.

01 iyun, 2023
U-23 qadınlar və kişilər arasında Bakı şəhər çempionatının nəticələri bəlli olub

2 iyunda Azərbaycan Cüdo Federasiyası (ACF) və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə cüdo üzrə 23 yaşa qədər kişilər və qadınlar arasında Bakı şəhər çempionatı keçirilib. 

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan turnirdə 10 çəki dərəcəsində 195 cüdoçu medallar uğrunda mübarizə aparıb. Kişilər arasında -60 kq., -66 kq., -73 kq., -81 kq., -90 kq., -100 kq. və +100 kq. çəki dərəcələrində, qadınlar arasında isə -52 kq., -63 kq. və -70 kq. çəki dərəcələrində qaliblər müəyyənləşib.

Yarışın əsas məqsədi gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Turnir 11-13 iyulda keçiriləcək 23 yaşa qədər qadınlar və kişilər arasında Azərbaycan çempionatına seçim xarakteri daşıyır.

Qaliblərin siyahısını təqdim edirik:


-60 kq.

1. Hüseyn Allahyarov

2. Murad Muradlı

3. Nicat Məmmədli

3. Fikrət Nəcəfov


-66 kq. 

1. Elşən Əsədov

2. Ayaz Ağayev

3. Bəhram Qurbanlı

3. Elvin Bağırov


-73 kq. 

1. Taryel Şıxəliyev

2. Əhməd Ağayev

3. Sadiq Həsənli

3. Çingiz Fəttəhov


-81 kq. 

1. Nahid Tarquliyev

2. Camal Baqışov

3. Roman Qarayev

3. Sulhan Süleymanlı


-90 kq. 

1. Rəşadət Paşazadə

2. Tuncay Şamil

3. Kamran Novruzov

3. Davud Namazlı


-100 kq. 

1. Rəsul Aydəmirov

2. Elşən Nəbiyev

3. Adil Məmmədov


+100 kq. 

1. İlkin Baxşaliyev 

2. Əli Mahmudov

3. Elman Mansurov


Qadınlar


-52 kq. 

1. Xumar Qasımzadə 

2. Əminə Abbas

3. Nəzrin Hidayətli


-63 kq. 

1. Nigar Əlibəyli

2. Məryəm Mehdiyeva

3. Aysel Şəfiyeva


-70 kq. 

1. Aysu Həsənova

2. Zeynəbxanım Əsədova


İdmançılarımızı təbrik edirik!

02 iyun, 2023
Azərbaycan cüdoçuları Düşənbə Qran Pri turnirini 4 medal qazandı

2-4 iyunda Tacikistanın paytaxtı Düşənbə şəhərində cüdo üzrə Qran Pri turniri keçirilib. Üç gün davam edən turnirdə 40 ölkədən 300-dən çox idmançı medallar uğrunda mübarizə aparıb. Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda 7 çəki dərəsində 9 kişi və 3 qadın ilə təmsil olunub.

Yarışın ilk günündə -60 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Turan Bayramov və -48 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Gültac Məmmədəliyeva gümüş medal əldə edib. -66 kq. çəki dərəcəsində Yaşar Nəcəfov isə bürünc medal qazanıb.

Turnirin sonuncu günündə -90 kq. çəkidə yarışan cüdoçumuz Elcan Hacıyev özbəkistanlı cüdoçu Caxonqir Mamatraximova qalib gələrək bürünc medala sahib olub.

Azərbaycan cüdoçuları turnirdə ümumilikdə 2 gümüş və 2 bürünc medal əldə edib.

04 iyun, 2023

Azərbaycan Cüdo Federasiyası (ACF) ölkədə cüdo idman növünün inkişafı istiqamətində silsilə tədbirlər görməkdə davam edir. Bu istiqamətdə görülən işlərin ən önəmlisi də məşqçilərin peşəkar inkişafıdır. Belə ki, 2022-ci ilin mart ayından ACF Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyası ilə əməkdaşlığa start verdi və il boyu məşqçilər akademiyanın ekspertləri tərəfindən keçirilən seminarlarda və praktiki təlimlərdə iştirak etdilər.

6-18 fevralda BCF Akademiyasının ekspertləri cüdo məşqçilik sertifikat proqramını həyata keçirilməsi üçün Azərbaycana səfər etdilər. ACF 79 cüdo məşqçisinin proqramda iştirak etməsini təmin etdi. Buna görə də ilk dəfə olaraq yekun seminar və imtahan sırf bir ölkənin məşqçiləri üçün təşkil olundu. Proqramın həyata keçirilməsi üçün Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi ilə əməkdaşlıq quruldu.

MOK-un, ACF-in və BCF-in birgə əməkdaşlığı nəticəsində 14 gün ərzində məşqçilər müvafiq sertifikatı əldə etmək məqsədi ilə BCF-in Akademiyasının direktoru Envik Qalea, Akademiyanın proqram rəhbəri Dr. Tibor Kozsla, Akademiyanın idman direktoru Daniel Laskau və digər ekspertlər tərəfindən keçirilən təlimlərdə və imtahanda iştirak etdilər. 68 məşqçi imtahanı uğurla başa vuraraq BCF Akademiyasının cüdo məşqçiliyi sertifikatına yiyələndilər.

ACF-in baş katibi Rəşad Rəsullu açılış mərasimində proqramın həyata keçirilməsinə görə BCF-in prezidenti Marius Vizer başda olmaqla, Akademiyanın ekspertlərinə və MOK-a təşəkkür edib: “Məşqçilərimiz bu proqramda əldə etdikləri bilik və bacarıqlarından daha sonra məşq keçdikləri zallarda yararlanacaq və bununla da Azərbaycan cüdosunun inkişafına öz töhfələrini verəcəklər. Bu ilin mart ayından etibarən daha 55 cüdo məşqçisi Akademiyada təhsilə başlayacaq.”.

“Biz Azərbaycana xüsusi diqqət ayırırıq. Artıq 4 dəfə Azərbaycana məşqçiləri hazırlamaq üçün ekspertlər səfər ediblər. Əsas prinsipimiz məşqçilərə imtahanı məhz uğurla keçməkdə kömək etməkdir. Burada olan bütün məşqçilər yaxşıdır, lakin daha yaxşı məşqçi olmaq üçün 100 əsas katanı bilmək xüsusi önəm kəsb edir”, - BCF-in Akademiyasının direktoru Envik Qalea çıxışında bildirib.

Daniel Laskaunun sözlərinə görə cüdonun inkişafı üçün ölkədə həyata keçirilən fəaliyyətlər hər bir səviyyədə inkişafa təkan verəcək: “ACF bütün səviyyələrdə cüdonun inkişafına diqqət yetirir, bura həmçinin uşaqlar, yeniyetmələr və komandanın hər bir idmançısına fərdi yanaşma aiddir. Dövlətin idmana münasibəti də önəmlidir. Azərbaycan isə bu məsələdə ön sıralardadır.”

AJF-in məqsədi Akademiyanın məşqçilərə verdiyi fayda ilə yanaşı, həmçinin ekspertlərin təcrübəsindən də yararlanmaqdır. Belə ki, BCF-in eksperti və Olimpiya çempionu Tina Trestinyak Azərbaycanda olduğu müddətdə yeniyetmə oğlanlardan ibarət milli yığmanın üzvlərinə, həmçinin cüdoçu qızlara ustad dərsləri keçirtdi. O, bir sıra cüdo texnikasını, xüsusi ilə də beynəlxalq turnirlərdə və Olimpiya Oyunlarında istifadə edərək qalib gəldiyi fəndləri idmançılara nümayiş edib. Olimpiya çempionunun sözlərinə idmançılar sırasında potensiallı böyük olan qızlar var və onlar təcrübə toplayaraq, gələcəkdə daha da peşəkar idmançı olacaqlar və beynəlxalq səviyyədə nəticə əldə edəcəklər.

BCF-in Akademiyasının ekspertləri Azərbaycanda olduğu müddətdə əməkdaşlıq məqsədi ilə MOK-un, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının nümayəndələri ilə görüşüblər.

Azeri Coaches Benefit from The IJF Academy

Paylaş :

Xəbər lenti

...
Yerli turnirlər
U-23 qadınlar və kişilər arasında Bakı şəhər çempionatının nəticələri bəlli olub

2 iyunda Azərbaycan Cüdo Federasiyası (ACF) və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə cüdo üzrə 23 yaşa qədər kişilər və qadınlar arasında Bakı şəhər çempionatı keçirilib. 

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan turnirdə 10 çəki dərəcəsində 195 cüdoçu medallar uğrunda mübarizə aparıb. Kişilər arasında -60 kq., -66 kq., -73 kq., -81 kq., -90 kq., -100 kq. və +100 kq. çəki dərəcələrində, qadınlar arasında isə -52 kq., -63 kq. və -70 kq. çəki dərəcələrində qaliblər müəyyənləşib.

Yarışın əsas məqsədi gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Turnir 11-13 iyulda keçiriləcək 23 yaşa qədər qadınlar və kişilər arasında Azərbaycan çempionatına seçim xarakteri daşıyır.

Qaliblərin siyahısını təqdim edirik:


-60 kq.

1. Hüseyn Allahyarov

2. Murad Muradlı

3. Nicat Məmmədli

3. Fikrət Nəcəfov


-66 kq. 

1. Elşən Əsədov

2. Ayaz Ağayev

3. Bəhram Qurbanlı

3. Elvin Bağırov


-73 kq. 

1. Taryel Şıxəliyev

2. Əhməd Ağayev

3. Sadiq Həsənli

3. Çingiz Fəttəhov


-81 kq. 

1. Nahid Tarquliyev

2. Camal Baqışov

3. Roman Qarayev

3. Sulhan Süleymanlı


-90 kq. 

1. Rəşadət Paşazadə

2. Tuncay Şamil

3. Kamran Novruzov

3. Davud Namazlı


-100 kq. 

1. Rəsul Aydəmirov

2. Elşən Nəbiyev

3. Adil Məmmədov


+100 kq. 

1. İlkin Baxşaliyev 

2. Əli Mahmudov

3. Elman Mansurov


Qadınlar


-52 kq. 

1. Xumar Qasımzadə 

2. Əminə Abbas

3. Nəzrin Hidayətli


-63 kq. 

1. Nigar Əlibəyli

2. Məryəm Mehdiyeva

3. Aysel Şəfiyeva


-70 kq. 

1. Aysu Həsənova

2. Zeynəbxanım Əsədova


İdmançılarımızı təbrik edirik!

Ətraflı
...
Beynəlxalq turnirlər
Düşənbə Qran Pri turnirində Azərbaycan cüdoçularının rəqibləri bəlli oldu

1 iyunda Tacikistanın paytaxtı Düşənbə şəhərində Qran Pri turnirinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının ilk rəqibləri məlum olub.

Xatırladaq ki, Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda 7 çəki dərəsində 9 kişi və 3 qadın cüdoçu ilə təmsil olunacaq.

Turniri canlı olaraq judotv.com saytında izləyə bilərsiniz!



Kişilər


-60 kq. 

Turan Bayramov - Artsiom Kolasau (Fərdi Neytral İdmançılar) / Doston Ruziyev (Özbəkistan) görüşünün qalibi

Rövşən Əliyev - Markus Auer (Avstriya)


-66 kq. 

Yaşar Nəcəfov - Abduraxim Nutfulloyev (Özbəkistan) / Abderrahmane Bouşita (Mərakeş) görüşünün qalibi

Ruslan Paşayev - Martin Setz (Almaniya)


-73 kq. 

İbrahim Əliyev - Abdulla Aliyev (Qırğızıstan)

Nurlan Osmanov - Vikas Dalal (Hindistan)


-90 kq. 

Vüqar Talıbov - Yahor Varapayeu (Fərdi Neytral İdmançılar)

Elcan Hacıyev - Loris Tassiyer (Fransa)


+100 kq. 

Camal Qamzatxanov - Şakarmamad Mirmamadov (Tacikistan)


Qadınlar


-48 kq. 

Leyla Əliyeva - Emi Platten (Böyük Britaniya) / Şuayşiya Han (Çin) görüşünün qalibi

Könül Əliyeva - Andea Stoyadinov (Serbiya)


-52 kq.

Gültac Məmmədəliyeva - Paulina Martinez (Meksika) / Kseniya Daniloviç (Fərdi Neytral İdmançılar) görüşünün qalibi


İdmançılarımıza uğurlar arzulayırıq!

Ətraflı