SƏMİMİYYƏT


Səmimi olsaq…Səmimi desək…Bu sözləri gündəlik həyatımızda çox eşidirik. Amma görəsən özünü, fikirlərini yalnız həqiqətlə ifadə etmək asandırmı? Əlbəttə yox. Birinin həqiqəti qarşısındakına doğru, inandırıcı gəlməyə bilər. Beləcə, iki insanın səmimiyyəti pozulmaq təhlükəsi qarşısında qalır. Səmimiyyət hər şeydən əvvəl özünüifadədə düşündüklərinə uyğun hərəkət edən insan keyfiyyətidir. Səmimiyyətdən danışarkən, biz real hisslərimizin bariz inikasını nəzərdə tuturuq. Söhbət həqiqilikdən, doğruluqdan, saxtakarlıqdan tam uzaq olmaqdan gedir. 

Səmimiyyətlə danışmaq və rəftar etmək, canla və ürəklə hərəkət etmək, danışmaq, rəftar deməkdir. Yenə də bu, cüdo ilə müntəzəm məşq etməklə qovuşacağımız dəyərdir. Qorxularımızla, yaxud reallığı özümüzdən gizlətmək istəyimizlə üzləşməklə öyrəndiyimiz şeydir. Əgər çətinliyin öhdəsindən gəlmək bacarığımız haqqında özümüzə yalan danışırıqsa, o zaman məqsədlərimizin utopik olaraq, qalacağına əmin ola bilərik. Özümüzə və başqalarına qarşı səmimi davranmamız bizə maneələrdən asılı olmayaraq, irəliləmək üçün enerji, yüksək təkan verə bilər.

Ciqaro Kanonun formalaşmasına güclü təsir göstərən Konfutsi ənənəsində dürüstlük və sədaqətlə ifadə olunan səmimiyyət sosial münasibətlərdə aydınlığın fəzilətidir. Əsrlər boyu bütün dinlər və inanclarda səmimiyyət anlayışının müxtəlif şəkildə izahı verilib. Məsələn, müqəddəs “Qurani-Kərim”də “Əl-İxlas” surəsi var ki, bu da səmimiyyəti, eyni zamanda dürüstlük və etibarlılığı ifadə edir. 

Gördüyümüz kimi, səmimiyyətin dərinliyinə bu səyahət nə qədər rəngarəng və mürəkkəbdir. Bir cüdoçu belə hesab edir ki, bu qavram başqaları ilə səmimi olmaqdırsa, bu, o zaman reallaşa bilər ki, insan ilk növbədə özünə qarşı dürüstlük prinsipini tətbiq etsin. Özünüzlə maksimal səmimi olun. Güclü və zəif tərəflərinizin fərqində olun, birincini gücləndirərkən ikincinin üzərində işləyin. Uyğun olan və narahat edən həqiqətləri bir-birindən ayırmağı bacarın. 

Cüdonun əxlaq kodeksi heç kəsə dərs vermək üçün yaradılmayıb. Bu, sədaqətlə baş əyəcəyiniz əmrlər siyahısı deyil, gündəlik həyatınızda əlinizi tutacaq etibarlı bələdçidir. Daha ədalətli bir dünya qurmaq istəyiriksə, səmimi şəkildə duyğularımızı ifadə etməkdən çəkinməməliyik.