TƏVAZÖKARLIQ


Əgər haqqında danışılması çətin olan bir dəyər varsa, o da təvazökarlıqdır. Bu, latınca "modus"- ölçü deməkdir. Beləliklə, təvazökarlıq insanın özünü və keyfiyyətlərini qiymətləndirməsində təmkinli olmaq deməkdir. Rolunuzs, əhəmiyyətinizə, keyfiyyətlərinizə, bacarıqlarınıza və özünüqiymətləndirmənizə təsir edən bu dəyər cüdo ailəsi üçün önəmlidir. Amma burada bir haşiyəyə çıxmaq vacibdir. Çünki saxta təvazökarlıq ədəbsizliyə, lovğalığa, təxəyyülə, iddialara, təkəbbürə gətirib çıxarır. Bu, əslində təvazökarlıq pərdəsi altında ”bəzədilən” yalanlardır.

Cüdo kimi bir idman növündə rəqabət çox üst səviyyədədir. Belə gərgin şəraitdə yüksək zirvələrə çatmaq, “böyük” olmaq üçün əvvəlcə “kiçik”-mütəvazi olmağı öyrənməlisiniz. Bu dəyərlə cüdo turnirlərində hər dəfə rastlaşırıq. Böyük mükafatlara, titullara rəğmən təvazökarlığını qoruyub saxlamağı bacaran idmançılar bu dəyərin qiymətini yaxşı bilirlər. Qeyd etmək önəmlidir ki, təvazökarlıq özünü az düşünmək deyil. Önəmli olan özün haqqında düşündüklərini başqalarına təlqin etməməkdir. Təvazökarlıq  qürur, narsisizm və özünənifrətə qarşıdır. 

Cüdonun əxlaq kodeksində təvazökarlıq termini sadaladığımız bütün bu ölçüləri əhatə edir. Bəzən təvazökarlıq yanlışlıqla zəifliklə əlaqələndirilə bilər. Əksinə, məhz qürur şəxsi inkişafı əngəlləyən mənliyin narsisistik kəskinləşməsidir. 

Tatami üzərində təvazökar olmaqdan başqa seçim yoxdur, odur ki, siz nəinki cüdo ilə məşğul olmağı öyrənirsiniz, həm də cüdo ilə necə yaşamağın sirlərinə yiyələnirsiniz. Daxili həqiqətinizi kəşf edərək, şəxsi keyfiyyətlərinizi minimuma endirmədən, lovğalanmadan və ya ləyaqətinizi yeri gəldi –gəlmədi nümayiş etdirmədən balanslı həyat qura bilərsiniz. Bu, dojoya girən kimi başlayan və həyatınızın sonuna kimi heç bitməyən qlobal dəyər proqramıdır.